Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçiririk
Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin kədər hissi keçirik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində keçirilən mətbuat konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Nazir həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.
