ABŞ Prezidenti Donald Tramp sülh prosesində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
NUHÇIXAN xəbər verir ki, ABŞ Prezidenti bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib.
Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitindən ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb.
