Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində hiss olunub
