Naxçıvan qarnizonunda növbəti təlim-metodiki toplantı keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, toplantıya cəlb edilmiş zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, gecə şəraitində sürücülük və atış  bacarıqları yoxlanılıb.

Müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər. 4 gün davam edən toplantının sonunda tabor, divizion komandirləri və onların müavinlərinə döyüş atışlı tabor taktiki təliminin planlanması, hazırlanması, keçirilməsi, təlim zamanı bölmələrin və atəşin idarə edilməsi metodikası praktiki olaraq göstərilib. Təlimdə yaranmış əməliyyat şəraitinə əsasən motoatıcı taborun düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçərək şərti düşməni məhv etməsi praktiki yerinə yetirilib. Piyadaların döyüş maşınlarının, top və minaatanların, tank əleyhinə qurğuların, müasir idarəetmə vasitələrinin də cəlb edildiyi təlimdə qarşıya qoyulmuş məqsədə nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: