Məktəblilər üçün maraqlı tədbirlər təşkil edilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Culfa rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər. Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan tədbirdə tank və digər zirehli döyüş texnikalarının, artilleriya qurğularının və digər döyüş silahlarının taktiki-texniki xüsusiyyətləri haqqında şagirdlərə ətraflı məlumat verilib. Məktəblilər avtomatın natamam sökülüb yığılmasını, əl qumbaralarından atış çalışmalarını və atıcı silahlardan praktiki atışları yerinə yetiriblər. Sonda səhra mətbəxi ilə tanış olan şagirdlər çöl şəraitində nahar ediblər.

Naxçıvan Qarnizonu tam orta məktəbinin dərslərdə yüksək nailiyyətlər qazanan şagirdləri isə Ordubad şəhərində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər. Məhəmməd Tağı Sidqinin və Məmməd Səid Ordubadinin Ev Muzeylərində, XVII əsrə aid Qeysəriyyə binasında yerləşən Ordubad Rayon Tarix Diyarşünaslıq Muzeyində bələdçilər tərəfindən əlaçı şagirdlərə ətraflı məlumat verilib. Məktəblilər muzeylərdə nümayiş olunan tarixi eksponatlarla yaxından tanış olublar.

 

Həmçinin Naxçıvan Qarnizonu “Nərgiz” uşaq bağçasında balaca fidanların əl işlərindən ibarət “Mənim mələklərim” adlı sərgi keçirilib. Tədbirdə balacalar mahnı, şeir və rəqs nümunələri ilə öz bacarıqlarını nümayiş etdiriblər. Sonda fərqlənənlər mükafatlandırılıblar.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: