Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyasından bildirilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.
Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə, hökumət başçısının Azərbaycana rəsmi səfəri zamanı imzalanan müqavilələrin strateji əhəmiyyəti vurğulanıb.
