Ermənistan ərazisi təhlükəli dərəcədə boşalıb

A- A A+

NUHÇIXAN-ın erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Arman Babacanyan deyib.

O bildirib ki, insanların ölkəni kütləvi tərk etdiyi bir vaxtda, həyat keyfiyyətinin yaxşılaşmasından danışmaq çətindir:

“Hakimiyyət dəyişikliyindən sonra ölkədə bir çox problemlər qalmaqdadır və bu da insanları ölkədən getməyə vadar edir. Miqrasiya “qeyri-real müharibə”dir və ölkənin zəifləməsinə gətirib çıxaran real müharibəyə çevrilə bilər”.

Statistik məlumatlara əsasən, 2019-cu il aprelin 1-dək Ermənistan əhalisi 2,962 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 min nəfər azdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: