İtaliya senatoru: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməzdir. Bu münaqişəsinin hələ də həll edilməmiş qalması, işğalın davam etməsi təkcə münaqişə tərəfləri üçün deyil, bütövlükdə region üçün təhlükəlidir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri İtaliya Senatının üzvü Sefano Luçidi deyib.
Senator əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda sülh yolu ilə, beynəlxalq hüququn prinsiplərinə uyğun həll edilməlidir.