Moldova XİN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

A- A A+

Moldova Azərbaycanla ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlik Moldovanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərə görə Azərbaycana təşəkkür edib.

"Biz ölkələrimiz arasında dostluğu, əməkdaşlığı yüksək qiymətləndiririk və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik", - paylaşımda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: