Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasibətilə təbrik edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Malayziya xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Milli Günün mübarək, Malayziya!" - paylaşımda qeyd olunub.
Rəsmi Bakı, həmçinin "X" hesabındakı digər paylaşımında Trinidad and Tobaqonu Milli Günü münasibətilə təbrik edib.
