Azərbaycan Prezidenti azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

A- A A+

Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.

NUHÇIXAN xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti Peter Pelleqriniyə ünvanladığı təbrik məktubunda ifadə edib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: