Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı
Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı bildirib ki, həmin tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətləri ən yüksək səviyyəyə qaldırdı.
