Ceyhun Bayramov İƏT-in yeni Baş katibini Azərbaycana səfərə dəvət edib

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsmayıl uld Şeyx Ahmedi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.

NUHÇIXAN İƏT-in "X" sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir ki, bu barədə C.Bayramovun yeni baş katibə təbrik məktubunda bildirilib.

"Ceyhun Bayramov həmçinin əminliyini bildirib ki, baş katibin rəhbərliyi altında və onun geniş diplomatik və beynəlxalq təcrübəsi sayəsində İƏT öz məqsədlərinə çatmağa, üzv dövlətlər arasında birliyi, həmrəyliyi və əməkdaşlığı möhkəmləndirməyə, eləcə də müsəlman dünyasının qarşısında duran ümumi problemləri həll etməyə davam edəcək", - məlumatda bildirilib.

Nazir qeyd edib ki, Bakı İƏT-in Baş Katibliyi ilə səmərəli əməkdaşlığı, təşkilatın ölkənin təşəbbüslərinə göstərdiyi dəyişməz dəstəyi, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair məsələlərdəki prinsipial mövqeyini yüksək qiymətləndirir.

"Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan İƏT-in fəal üzv dövləti və İslam Zirvə Konfransının gələcək sədri kimi Təşkilatın daha da möhkəmləndirilməsinə, onun səmərəliliyinin artırılmasına və üzv dövlətlər arasında birliyin və həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Nazir ümumi məqsəd və prioritetlərə nail olmaq üçün Azərbaycanın Baş katiblə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - məlumatda qeyd olunub.

C.Bayramov həmçinin İƏT-in Baş katibini ikitərəfli əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparmaq və qarşıdan gələn 16-cı İslam Zirvə Konfransının uğurla keçirilməsinə dəstək olmaq məqsədilə ilk fürsətdə Azərbaycana səfər etməyə dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: