Çində internet dələduzluğu ilə mübarizə üzrə beynəlxalq alyans yaradılacaq

A- A A+

Lyanyunqan şəhərində İctimai Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Qlobal Forumun iştirakçıları Telekommunikasiya və İnternet Dələduzluğuna Qarşı Mübarizə üzrə Beynəlxalq Alyansın yaradılması haqqında Birgə bəyanat qəbul ediblər.

NUHÇIXAN "Xinhua"ya istinadən xəbər verir ki, sənəddə telekommunikasiya və internet sahəsində dələduzluğun qlobal problemə çevrildiy qeyd olunub.

Beynəlxalq konvensiyalara əsaslanan peşəkar, səmərəli və fəaliyyətə yönəlmiş hökumətlərarası beynəlxalq təşkilatın yaradılması dələduzluğa qarşı birgə mübarizədə böyük praktiki əhəmiyyət kəsb edir.

Bəyanatın imzalanması mərasimində 46 təsisçi ölkənin nümayəndələri, eləcə də 34 ölkədən və BMT və İnterpol da daxil olmaqla, dörd beynəlxalq təşkilatdan müşahidəçilər iştirak ediblər.

Qlobal Forum sentyabrın 8–10-da Çinin Lyanyunqan şəhərində keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: