Qarabağ və Şərqi Zəngəzur torpaqları hazırda əsl dirçəliş yaşayır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün diplomatik korpusla birlikdə Qarabağa 22-ci birgə səfərimizdir. Son altı ildə biz Qarabağın və Şərqi Zəngəzurun gözümüzün önündə baş verən möhtəşəm və nümunəvi transformasiyasının şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl dirçəliş yaşayır. Hər səfərdə biz bərpa və inkişafda yeni nailiyyətləri, eləcə də bu torpaqlara həyatın qayıtmasını görürük", - H.Hacıyev yazıb.
