“İbrahimbəy bilsəydi soyunda “soysuz” olacaq, soyadının yaşamasını istəməzdi” - Nahid Canbaxışlı

A- A A+

NUHÇIXAN xəbər verir ki, özünü kinodramaturq və kinorejissor kimi təqdim edən Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü”ndə (rejissor – Eldar Şengel, Fuad İbrahimbəyov, senari müəllifi – Rüstəm İbrahimbəyov, 2015-ci il) tarixin bütün dönəmlərində türklərə qarşı soyqırımı həyata keçirmiş erməniləri qəhrəman kimi təqdim etməsi və Azərbaycan xalqını gücsüz və düşmən obrazda göstərməsi ciddi etirazlara səbəb olub.Elə bunun nəticəsidir ki, ölkənin tanınmış elim adamları,ziyalılar,eyni zamanda xalqımızın bütün təbəqələrinin təmsilçiləri  bu addıma etirazlarını bildirməkdədirlər. Erməni lobbisinin maliyyəsi və dəstəyi ilə ərsəyə gətrildiyinə şübhə olmayan filimlə bağlı, 1-ci Qarabağ müharibəsinin Qazisi, Vətəninfo.az saytının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirib ki, Rüstəm İbrahimbəyovun necə biri olduğu hərkəsə bəllidir və onun dönük olduğunu  bildikləri üçün erməni diasporası ondan geninə-boluna istifadə edir.

"Əgər İbrahimbəy bilsəydi ki,soyunda Rüstəm kimi bir soysuz peyda olacaq,inanın soyadının İbrahimbəy olaraq davam etməsin istəməzdi.Bu gün İbrahimbəyin sümükləri məzarda sızıldayır və ruhu onun soyundan olan dönük Rüstəmi lənətləməkdədir. Rüstəm üçün əsas amal,məqsəd şəxsi maraqlarıdır.Bu xəyanətkarın  bu günə kimi,Azərbaycan dövləti və xalqı ilə bağlı hansısa bir müsbət fikrinə rast gəlməmişəm.Bu gün virtual axtarış saytı "google”də axtarış verdim və bu satılmışın xalqımızla bağlı bir dənə belə normal fikrini  görmədim.Adam sanki  başdan-ayağa dönüklük və xəynətkarlıqdanyoğrulub”.Nahid Canbaxışlı qeyd edib ki,bu gün haqlı olaraq xalqımız bu dönüyə qarşı hiddətin ortaya qoyur:"Azərbaycan xalqı tarixdə dəfələrlə ermənilərə qarşı humanizim göstərib,süfrəmizdə oturmalarına belə izin verib. Amma nə oldu? Bunlar oturduqları süfrəmizə xəynət etməklə bərabər,evimizə,torpağımıza xəyanətdən çəkinmədilər.Necə ki, ermənilər rusların forpostudur,bu gün Rüstəm İbarhimbəyovkimi satqın da ermənilərin forpostuna çevrilib. Azərbaycan xalqı  belə satqınları heç bir zaman bağışlamayacaq.Rüstəm tarixdə satqın və xəyanətkar biri olaraq yerini alacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: