Azərbaycan ilə Meksika arasında iqtisadi münasibətlər əhəmiyyətli dərəcədə möhkəmlənib, lakin ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.
NUHÇIXAN xəbər verir ki, bu fikri Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalero Şuşada keçirilən rəsmi qəbulda səsləndirib.Səfir vurğulayıb ki, Azərbaycan və Meksika dünyanın strateji əhəmiyyətli regionlarında yerləşən dinamik iqtisadiyyatlara malikdir. Diplomatın sözlərinə görə, tərəflər investisiya və ticarət dövriyyəsini artırmaq, o cümlədən Meksikanın ən xarakterik məhsullarının Azərbaycan bazarına idxalını davam etdirmək niyyətindədirlər. Səfir mövcud potensialın daha geniş və səmərəli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
