Hikmət Hacıyev: Azərbaycan-Meksika iqtisadi əlaqələrinin inkişafı üçün böyük imkanlar var

A- A A+

Azərbaycan ilə Meksika arasında iqtisadi-ticari, mədənçıxarma və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Meksikanın Milli Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan ilə Meksika arasında coğrafi məsafə olsa da, bu məsafə ikitərəfli münasibətlərin inkişafına maneə yaratmır.

Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın üzə çıxarılması hər iki ölkənin maraqlarına cavab verir.

“Bu zəngin potensialın üzə çıxarılması ölkələrimizin mənafeyi naminə imkanlar yaradır”, – deyə Prezidentin köməkçisi bildirib.

Hikmət Hacıyev, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Meksika arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: