Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır, ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir və burada daha böyük işlər görüləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 12-də Kəlbəcərdə keçirilən II Bal Festivalında çıxışı zamanı deyib.
Hikmət Hacıyev, həmçinin Kəlbəcər sakinlərinə dünyanın müxtəlif ölkələrindən gələn diplomatları kəlbəcərlilərə layiq qonaqpərvərliklə və istiqanlılıqla qarşıladıqlarına görə dərin təşəkkürünü bildirib.
