Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!", - deyə pyalşımda bildirilib.
Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib:
"Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!"
Rəsmi Bakı Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.
"Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!" , - deyə paylaşımda qeyd olunub.
Həmçinin Honduras da Milli Günü münasibəti ilə təbrik olunub:
"Hondurasın Milli Günü münasibətilə Honduras xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!"
