Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

A- A A+

Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, həkim, akademik Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Bu barədə NUHÇIXAN-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib. O, göstərilən yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.

Əziz Səncər vurğulayıb ki, Azərbaycana olan sevgisi daim səmimi hisslərə əsaslanıb və heç vaxt hər hansı qarşılıq gözləntisi olmayıb. Azərbaycanın onun qəlbində hər zaman Türkiyə qədər doğma Vətən kimi xüsusi yer tutduğunu bildirib. Alim “Şöhrət” ordenini yalnız elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi deyil, eyni zamanda, “Bir millət, iki dövlət” məfkurəsinə söykənən qardaşlığın rəmzi kimi böyük qürurla daşıyacağını qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: