Prezidentlərimiz tərəfindən qarşıya qoyulan 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə ən qısa zamanda çatmaq üçün bütün qurumlarımız, peşə təşkilatlarımız və ticarət palatalarımız var gücü ilə çalışır.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Enerji, nəqliyyat və Iogistika sahələrində əməkdaşlığımız da münasibətlərimizin digər strateji istiqamətini təşkil edir. Bu sahədə hazırda çoxsaylı layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolunu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biri hesab edirik”, - deyə nazir əlavə edib.
