Türkiyənin Naxçıvan şəhərindəki Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb.
NUHÇIXAN xəbər verir ki, diplomatın adından bununla bağlı Türkiyənin Naxçıvandakı Baş konsuluğunun rəsmi "Facebook" hesabında paylaşım edilib.
A.Kaya paylaşıımda 2022-ci il dekabrın 15-dən etibarən icra etdiyi vəzifəsini başa vuraraq sentyabrın 17-də Naxçıvanı tərk edəcəyini bildirib:
"Ölkəmizin qardaş Azərbaycanla yeganə quru əlaqəsi olan və Ulu Öndər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanda təxminən dörd il müddətində fəaliyyət göstərməkdən böyük məmnunluq və qürur duydum.
Fəaliyyətim müddətində Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi əsasında bizə hər zaman dəstək olan Azərbaycan və Naxçıvan Muxtar Respublikası rəhbərliyinə, eləcə də məni öz evimdə hiss etdirən bütün naxçıvanlı qardaşlarıma təşəkkürümü bildirirəm".
