TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub

A- A A+

Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində üzv ölkələrin enerji potensialından birgə istifadəyə imkan verən ayrıca institusional struktur yaradılmalıdır.

NUHÇIXAN xəbər verir ki, bunu Macarıstanın Dunay İnstitutunun "Türk-Qərb Əməkdaşlığı Təşəbbüsü"nün (TWEI) rəhbəri İbrahim Məmmədov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.

Onun sözlərinə görə, TDT çərçivəsində enerji istehsalı və enerji resurslarının səmərəli istifadəsi ilə bağlı ayrıca agentliyin və ya institusional strukturun yaradılmasına ehtiyac var.

"Çünki süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin sürətlənməsi halında böyük miqyasda enerjiyə tələbat yaranacaq. Hamımız zəngin enerji ehtiyatlarına sahib ölkələrik. Bəs niyə bu sahədə birgə fəaliyyət göstərməyək? Bütün həll yolları öz daxilimizdədir. Hətta deyərdim ki, sistemlərimizi birləşdirmək bütün ölkələrimiz üçün strateji zərurətdir.

Əgər süni intellekt sistemlərinin inteqrasiyasına dair bütün strategiyaları ümumiləşdirsək, aydın olar ki, bu strategiyalar əslində Türk dövlətləri daxilində bir-birini tamamlayıcı xarakter daşıyır. Hər bir ölkə digərlərində mövcud olmayan, yaxud kifayət qədər inkişaf etməmiş və ya diqqət mərkəzində olmayan özünəməxsus üstünlüyə malikdir", - deyə İ.Məmmədov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: