Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir. Bu faktı təsdiqləyən məlumatlar Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti hesabatında əksini tapıb. Alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) əsas maddə kimi götürüldüyü hesabatda dünya ölkələrinin iqtisadi göstəriciləri verilib.
NUHÇIXAN “Кавказ Online” analitik informasiya portalına istinadla xəbər verir ki, bu hesabata əsasən, alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ÜDM 2018-ci ilin sonunda 10 min dollar olacaq. Bu göstərici 2017-ci ildə 9,4 min dollar olub. Ermənistan bu göstərici üzrə 192 ölkə arasında 113-cü yeri tutub. Bundan başqa, bu göstərici Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir.
Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə respublikada ÜDM-in həcmi 5 580,1 milyard dram və ya təxminən 11,5 milyard dollar (2017-ci ildə məzənnə - 1 dollar təxminən 482,72 dram) olub. 2017-ci ildə Ermənistanda iqtisadi yüksəliş 7,5 faiz olub.
AQP müxtəlif ölkələr arasında yaşayış həyat şəraitinin səviyyəsini müqayisə etmək üçün iqtisadi inkişaf səviyyəsini müəyyənləşdirir, ölkədə yaşayışın təxmini dəyərini və inflyasiya tempini nəzərə alır.