Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

A- A A+

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın Bakıdakı səfiri Dirk Lölke ilə görüşünün yekunlarına dair Almaniya səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.

"İqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölkenin dünən Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi tanışlıq görüşünün əsas mövzuları olub", - paylaşımda qeyd edilib.

Diplomatik missiyanın məlumatına görə, görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb.

"Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik", - paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: