Milli Məclisin Aqrar siyasət komitəsi ötən sessiyada 11 iclas keçirib, 15 məsələyə baxıb.
NUHÇIXAN xəbər verir ki, bunu komitənin sədri Tahir Rzayev qurumun iclasında bildirib.
"Bu müzakirələrdə əsas diqqət aqrar sektorla bağlı qanunların və qanunvericilik aktlarının dəyişdirilməsinə, onlara əlavələrin edilməsinə yönəldilib. Torpaq Məcəlləsi, "Taxıl haqqında", "Fitosanitar nəzarəti haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Arıçılıq haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Balıqçılıq haqqında", "Dənizçilik haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Aqrar sığorta haqqında" qanunlara dəyişiklik və əlavələr edilib. Bu dövrdə iki mühüm qanun layihəsini də müzakirəyə çıxarmışıq. Bunlar "Toxumçuluq haqqında" və "Bağçılıq haqqında" qanun layihələridir. Onlar ölkə Prezidentinin bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə söylədiyi vəzifələrdən, eləcə də "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasından yaranıb", - deyə o qeyd edib.
