DİN: Tarixi missiya uğurla yerinə yetirildi - VİDEO

A- A A+

Daxili İşlər Nazirliyi (DİN) 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

NUHÇIXAN xəbər verir ki, paylaşımda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatının Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malik olduğu vurğulanıb.

“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər. Onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir”, - deyə paylaşımda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: