İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

A- A A+

İsrailin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İsrail dövlətinin səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir! Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!”, - deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: