Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir

A- A A+

Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyində böyük rol oynayır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürərkən “böyük Ermənistan” konsepsiyasını əsas götürüb. Bu konsepsiya özündə Azərbaycan əraziləri olan Qarabağı, o cümlədən tarixi Qafqaz Albaniyasını ehtiva edir. Nəticədə Qafqaz Albaniyası ermənilər üçün çox vacib bir elementdir.

“Onlar iddia edirlər ki, Azərbaycan erməni kilsələrini albanlaşdırır. Hazırda Bakıda erməni kilsəsi mövcuddur və bu kilsə XlX əsrdə tikilib. Şuşada da XIX əsrə aid erməni kilsəsi var. Yəni, biz erməni kilsələrini qoruyub saxlayırıq.

Nəticə olaraq ermənilərin alban kilsəsinə olan marağı məhz “böyük Ermənistan” mifindən və Azərbaycana qarşı irəli sürülən ərazi iddialarından ibarətdir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Fərid Şəfiyev bildirib ki, hazırda sülh mühiti formalaşıb. Hər iki dövlət sülh üçün addımlar atır. Lakin görünür ki, erməni cəmiyyəti daxilində radikal düşüncələrə sahib insanlar hələ də var. Hər kəs bilməlidir ki, Qafqaz Albaniyası tarixi bir məsələdir. Bunu siyasətləşdirməyə imkan vermək olmaz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: