Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb - FOTOLAR

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və aktual qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: