Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan-Sinqapur münasibətlərinin gündəliyində duran cari məsələlər və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşviqi və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ticarət və investisiya, rəqəmsal transformasiya və innovasiya, nəqliyyat və logistika, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib.

Sinqapur vətəndaşları üçün 2026-cı il 1 avqust tarixindən tətbiq edilən vizasız rejimin qarşılıqlı səfərlərin, biznes əlaqələrinin və turizmin inkişafı baxımından yaratdığı yeni imkanlar vurğulanıb.

Nazirlər, həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən seçkili orqanlara namizədliklərlə bağlı əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: