Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib - FOTOLAR

A- A A+

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib.

NUHÇIXAN xəbər verir ki, Y.Rəfiyev ⁠İslam Əməkdaşlıq Təşkilatının Əfqanıstan üzrə Əlaqələndirici Qrupunun iclasında Qrupun səylərinə dəstəyini ifadə edib. Əfqanıstanın ticarət, tranzit və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi yolu ilə əlaqəlilik mərkəzinə çevrilmək potensialını vurğulayıb.

Nazir müavini Enerji keçidi üzrə Həll Yolları Dialoqunda Azərbaycanın bərpaolunan enerji hədəflərini və təmiz enerji üzrə regional əlaqəlilik mərkəzinə çevrilmək planlarını təqdim edib.

Y.Rəfiyev İqlim maliyyəsi üzrə Həll Yolları Dialoqunda "Bakı Maliyyə Hədəfi"nin real nəticələrə çevrilməsi üçün sistem səviyyəsində daha güclü koordinasiyanın vacibliyini qeyd edərək, iqlim maliyyəsinin inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan, sərfəli və səmərəli olmasının vacibliyini vurğulayıb.

⁠XİN rəsmisi, həmçinin VII Xəzər Biznes Forumunda Orta Dəhliz boyunca əlaqəlilik, maliyyə və enerji məsələlərinə dair panel müzakirələrində iştirak edib; bu zaman Azərbaycanın infrastrukturun inkişafı sahəsindəki böyük uğurlarını, Orta Dəhliz boyunca artan tranzit və ticarət həcmlərini, həmçinin TRIPP təşəbbüsü çərçivəsində əldə olunan irəliləyişləri qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: