ABŞ Prezidenti Donald Tramp öz səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "NewsMax" nəşrinə müsahibəsini paylaşıb.
NUHÇIXAN xəbər verir ki, ABŞ lideri məqaləni "Truth Social" şəbəkəsində dərc edib.
Xatırladaq ki, müsahibədə Prezidentin köməkçisi Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı və etimada layiq tərəfdaşı olduğunu qeyd edib.
Hikmət Hacıyev həmçinin Birləşmiş Ştatların Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhün əldə olunmasına verdiyi sanballı töhfəni vurğulayıb.
