Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib - FOTOLAR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kiprin xarici işlər naziri Konstantinos Kombosla görüşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Görüş zamanı tərəflər siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər, həmçinin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı gündəliyi, regional proseslər, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səylər barədə fikir mübadiləsi aparıb.