Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb - FOTOLAR

A- A A+

BMT Baş Assambleyasının 81-ci sessiyası (#UNGA81) çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Baham Adalarının xarici işlər naziri Frederik Mitçel arasında görüş keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan ilə Baham Adaları arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər iki ölkə arasında strateji dialoqun yaradılmasının, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilərək inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün yekununda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Baham Adaları Birliyinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənədin iki ölkənin xarici siyasət qurumları arasında müntəzəm diplomatik əlaqələrin və məsləhətləşmələrin inkişafına xidmət edəcəyi bildirilib. Memorandumun Azərbaycan-Baham Adaları münasibətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün əsas yaradacağı qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: