Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

A- A A+

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstana başsağlığı verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında qeyd olunub.

“İtkin düşənlərin təhlükəsiz şəkildə xilas edilməsinə, eyni zamanda, xəsarət alanların tezliklə sağalmasına ümid edirik”, - məlumatda bildirib.

Qeyd edək ki, Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib, onlardan 9-u ölüb, itkin düşənlər var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: