Əli Əsədov: Növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi proqnozlaşdırılır

A- A A+

2026-cı ilin 8 ayında illik inflyasiya 5,7 faiz olub.

NUHÇIXAN xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: