Azərbaycanın Afrika ölkələri ilə tərəfdaşlığının genişləndirilməsi müzakirə olunub - FOTOLAR

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kot-d’İvuarın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Niale Kaba ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin dinamik inkişafını qeyd edərək, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlamentlərarası əlaqələrin, yüksəksəviyyəli səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin mühüm rolunu vurğulayıblar. Müzakirələr zamanı, həmçinin Azərbaycanın beynəlxalq platformalardakı fəal iştirakı və sədrliyi, Afrika ölkələri ilə genişlənən tərəfdaşlıq və əsas regional proseslərə toxunulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: