Ceyhun Bayramov İƏT-in 2027-ci il sammitinə hazırlıqdan danışıb - FOTOLAR

A- A A+

Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Görüşündə çıxış edib.

NUHÇIXAN xəbər verir ki, nazir İƏT-in yeni Baş katibi İsmayıl Vuld Şeyx Əhmədi təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.

Ceyhun Bayramov regionda hərbi münaqişələrin artmasından ciddi narahatlığını ifadə edərək, diplomatik səylərin gücləndirilməsinə və dünyada müsəlman icmalarına qarşı ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün İƏT çərçivəsində birgə fəaliyyətin artırılmasına çağırıb.

Nazir 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Sammitinə hazırlıqla bağlı institusional tədbirlər barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: