Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb - FOTOLAR

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Korin Amori Brünet ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin yaradılması və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələndirmənin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı iqtisadi və humanitar əməkdaşlıq imkanlarından, eləcə də əsas inkişaf sahələrində mövcud potensialdan daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Benin Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizadan qarşılıqlı azadolma haqqında Saziş”i imzalayıblar.

Qeyd olunub ki, saziş yüksəksəviyyəli qarşılıqlı səfərlərin asanlaşdırılması və Azərbaycan-Benin arasında uzunmüddətli diplomatik tərəfdaşlığın inkişafı üçün hüquqi-institusional əsas yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: