TRIPP layihəsinin reallaşdırılması Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə yanaşı, Cənubi Qafqazın beynəlxalq logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artıra bilər.
NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında deyib.
Paşinyan bildirib ki, layihə çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının yaradılması nəzərdə tutulur.
Baş nazirin sözlərinə görə, təxminən 35 illik münaqişədən sonra tərəflər artıq TRIPP çərçivəsində Şərq-Qərb dəmir yolu ilə yanaşı, boru kəmərləri, elektrik xətləri və avtomobil yollarının yaradılması imkanlarını müzakirə edirlər. O bildirib ki, bu layihələrin həyata keçirilməsi bütün Cənubi Qafqaz üçün yeni iqtisadi və nəqliyyat imkanları yarada bilər.
