Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib - FOTOLAR

A- A A+

Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.

NUHÇIXAN məlumatına görə, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: