"Birliyin Gücü - 2026" təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib - VİDEO

A- A A+

"Birliyin Gücü - 2026" birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edilib.

Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhvali-ruhiyyə yaradıb, təlim iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: