Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazirlər ikitərəfli təmaslar və o cümlədən çoxtərəfli formatlarda aparılan mühüm dialoq ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatındakı müşahidəçi statusunun əhəmiyyəti vurğulanıb, həmçinin Türk dünyası daxilində çoxtərəfli əlaqələndirmənin və birgə təşəbbüslərin, o cümlədən qarşıdan gələn TDT Zirvə görüşünə hazırlıq işlərinin genişləndirilməsinin vacibliyi qeyd olunub.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə də toxunublar.
