Ceyhun Bayramov: ATƏT-in Minsk prosesinin bağlanması mühüm addımdır - FOTOLAR
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, tərəflər ATƏT-in gündəliyi, Azərbaycan-ATƏT əməkdaşlığı, Avropanın mövcud təhlükəsizlik memarlığı və Cənubi Qafqazda regional sülh dinamikası ilə bağlı məsələləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlər barədə məlumat verərək, ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların rəsmən bağlanmasının münaqişədənsonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regional reallıqlara uyğunlaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.
Nazirlər, həmçinin beynəlxalq təhlükəsizlik sahəsindəki əsas hadisələr ətrafında fikir mübadiləsi aparıblar.