Ceyhun Bayramov kambocalı həmkarı ilə ikitərəfli və regional əməkdaşlığı nəzərdən keçirib

A- A A+

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Kamboca Krallığının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Soxon ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin inkişafını nəzərdən keçirərək, yüksəksəviyyəli siyasi dialoqun genişləndirilməsi, parlamentlərarası əlaqələrin gücləndirilməsi və beynəlxalq platformalar, xüsusilə Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir P.Soxon qarşıdan gələn AQEM Sammitinə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və tədbirin təşkilində tam uğurlar arzulayıb. Nazirlər, həmçinin minalardan təmizləmə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq davamlı koordinasiya və dialoqun əhəmiyyətini qeyd ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: