Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlər anılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, anım tədbirində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Menekşe Onuk və Azərbaycan icması iştirak edib.
Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi və "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "BİZ" sənədli filmi nümayiş olunub.