Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

A- A A+

Qarabağın azadlığı uğrunda aparılan mübarizə yaxın tariximizdə cəsarətin, fədakarlığın və Vətən sevgisinin yaddaşlara həkk olunan ən güclü nümunələrindən biridir. 27 Sentyabr – Anım Günündə Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Can Azərbaycanın qəhrəman övladlarını rəhmət və minnətlə, qazilərimizi isə təşəkkür və ehtiramla yad edirəm.

NUHÇIXAN xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranın Anım Günü ilə bağlı paylaşımında yer alıb.

“Bir millət, iki dövlət” anlayışı ilə sevincimizdə və kədərimizdə bir olduğumuz qardaş Azərbaycanla könül bağımız, ortaq tariximiz və qardaşlığımız daim var olsun. Qarabağ Azərbaycandır!” - deyə Burhanettin Duran bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: