Azərbaycanda hazırlanan KASIRGA şaquli qalxışlı kamikadze PUA ilk dəfə görüntülənib

A- A A+

Türkiyənin BAYKAR şirkətinin Azərbaycandakı şirkəti "Bayraktar Teknoloji" tərəfindən inkişaf etdirilən KASIRGA şaquli qalxışlı kamikadze pilotsuz uçuş aparatı (PUA) ilk dəfə görüntülənib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə bağlı olan "SavunmaSanayiST.com" portalı məlumat yayıb.

Qeyd edək ki, KASIRGA bu gün Bakıda keçirilən ADEX 2026-da ilk dəfə təqdim olunur. Onun maksimum qalxış kütləsi 33 kiloqramdır. Şaquli qalxıb-endiyinə görə uçuş-enmə zolağı tələb etmir. İdarəetməsi avtonom uçuş, vizual mövqeləndirmə, sensor məlumatlarının sintezinə əsaslanır. Əməliyyat radiusu 60-90 kilometrdir. Maksimum sürəti 222 km/saat-dır. Hündürlüyü və qanad eni 1.7 metrdir.

PUA kamikadze rejimində olanda hədəfi müəyyən edir və üzərinə dalış edərək 5 kq döyüş başlığı ilə onu məhv edir. Kəşfiyyat-müşahidə rejimində isə EO kamera ilə kəşfiyyat aparır və missiyadan sonra bazaya qayıda bilir. Bu baxımdan, adi birdəfəlik kamikadze dronundan daha funksional aparatdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: